AZ

Emin Əmrullayev direktoru işdən çıxardı -FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub.

Redaktor.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Namiq Çərkəz oğlu Ağamaliyev "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.

Qeyd olunub ki, uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddəti uzadılmayıb.

Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

Fotoda Namiq Ağamaliyev

Nazir

Fotoda Sevda Həsənova

Nazir

 

Seçilən
11
27
redaktor.az

10Mənbələr