AZ

Aysun qardaşının ilk dəfə fotolarını yayımladı

Yazını böyüt
Yazını kiçilt

Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyətdə geniş rezonans doğurub.

Hafta.az xəbər verir ki, Aysunun ilk dəfə "Günə Uğurla" verilişində atasının ikinci ailəsindən olan qardaşının fotosunu yayımlayıb. Veriliş zamanı onun bacısına ünvanladığı səmimi sözlərlə diqqət çəkib və Aysuna olan düşüncələrini dilə gətirib.

Bu açıqlamalara Aysun İsmayılovanın cavabı isə xüsusilə müzakirələrə səbəb olub. Müğənni verdiyi açıqlamada indiyə qədər ailə üzvlərindən yetərli dəstək görmədiyini vurğulayıb:

"Bu vaxta qədər heç bir yaxşı-pis günümün yanında olmadınız. Öz ayaqlarım üzərində dayanmağı öyrənmişəm, hər bir işimi özüm görmüşəm. Bundan sonra da yanımda olmayın. Ən çətin günlərimdə harada idiniz?" - deyə o bildirib.

Aysun əlavə edib ki, ehtiyac yaranarsa, kömək etməyə çalışar, lakin formal və saxta münasibətlərə ehtiyac duymur. Müğənni sonda ailə üzvlərinə xoş arzularını çatdırıb:

"Bacı-qardaşlarımın hər birinə xeyirli günlər nəsib olsun. Mənim yaşadığım taleyi yaşamasınlar, atalı böyüsünlər".

Aysun İsmayılovanın bu səmimi və açıq etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, izləyicilər arasında birmənalı qarşılanmayıb./milli.az/

Seçilən
1
4
hafta.az

5Mənbələr