AZ

“Qarabağ”a GÖZLƏNİLMƏZ XƏBƏR – “Nyukasl”la oyundan öncə RAZILIQ VERİLMƏDİ

“Neftçi” klubu Misli Premyer Liqasının XXI turunda “Qarabağ”la ev oyununun təxirə salınması təklifini qəbul etməyib.

Bu barədə Oxu.az-a “Qarabağ” klubunun mətbuat xidmətindən bildirilib.

“Komandamız tərəfindən UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl Yunayted”lə keçiriləcək oyun ərəfəsində, Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşmasının təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət olunmuşdu. Lakin “Neftçi” klubunun etirazı nəzərə alınaraq, sözügedən müraciət qəbul edilməyib”, – deyə məlumatda qeyd olunub.

Beləliklə, 21 fevral saat 19:00-da “Palms Sports Arena”da matça çıxacaq “Qarabağ” klubu bir gün sonra “Nyukasl Yunayted”lə oyun üçün İngiltərə səfərinə yollanacaq.

Seçilən
1
4
millitv.net

5Mənbələr