Bakı. Trend:
"Mançester Siti"nin futbolçusu Divine Mukasa karyerasınıÇempionşipdə davam etdirəcək.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
"Lester Siti" ingiltərəli hücumameyilli yarımmüdafiəçini icarəyəgötürüb. İngiltərə U-19 milli komandasının üzvü mövsümün sonunadək"tülkülər"in uğurları üçün tər tökəcək.
Qeyd edək ki, "Mançester Siti" Divine Mukasanı 2022-ci ilinyayında "Vest Hem"in akademiyasından transfer edib.