Mingəçevir şəhərində 88 yaşlı qadının meyiti tapılıb.
Hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.
Şəhər sakini,1938-ci il təvəllüdlü Anam İbrahimxəlilovanın meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkarlanıb. Tənha yaşayan qadının ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.