AZ

Portağal suyunu günün bu saatında için

Portağal suyunun faydalı təsirini maksimum artırmaq üçün içilmə vaxtının önəmli olduğu bildirilir.

 

Pravda.az xəbər verir ki, portağal suyu ən yaxşı səhər, xüsusilə səhər yeməyi zamanı və ya yeməklə birlikdə içildikdə orqanizm vitamin C, potasium və flavonoidlərdən daha yaxşı faydalanır.

 

Ekspertlər gecə saatlarında portağal suyu içməməyi tövsiyə edirlər, çünki təbii şəkərlər qan şəkərinin səviyyəsinə təsir göstərə və yuxu rejimini poza bilər. Eyni zamanda, portağal suyunun yeməklə birlikdə qəbulu mədə narahatlığını azaldır və qida maddələrinin daha yaxşı əmilimini təmin edir.

 

Bu üsulla portağal suyu həm immun sistemi, həm də ürək-damar sağlamlığı üçün daha faydalı olur.

 

Əminə Bayramova

Tarix: 3 Fevral 2026, 17:26   
Seçilən
21
pravda.az

1Mənbələr