AZ

"Qarabağ"ın rəqibi kapitanı ilə vidalaşdı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"da ayrılıq reallaşıb. 

Fanat.Az xəbər verir ki, İngiltərə klubu kapitanı Camal Lascelleslə yollarını ayırıb.

Məlumatı "sağsağanlar"ın rəsmi saytı yayıb. 

33 yaşlı müdafiəçi Çempionşip təmsilçisi "Lester"ə keçib.

Lascelles 2014-cü ildən "Nyukasl"ın şərəfini qoruyur. O, sözügedən komandanın heyətində ümumilikdə 253 oyuna çıxıb.

Qeyd edək ki, "Qarabağ" ilə "Nyukasl" fevralın 18-də saat 21:45-də Bakıda, bir həftə sonra isə saat 00:00-da İngiltərədə üz-üzə gələcək.

Seçilən
7
fanat.az

1Mənbələr