AZ

AYB 30 nəfərin adını niyə açıqlamır? – “Çox populyar deyillər”

Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib. 

Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: 

“Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”. Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb. 

Azərbaycan Yazıçılar Birliyindən xaric edilən 30-a yaxın yazıçı və şairin adları ictimaiyyətə açıqlanacaqmı və onlar yenidən üzvlüyə qəbul edilə bilərmi? 

Məsələ ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Yazıçılar Birliyindən xaric edilən yazıçı və şairlərin siyahısı açıqlanmayacaq: 

“Bununla bağlı Anar müəllim də bildirib ki, açıqlamağa ehtiyac görmürük. Ancaq özlərinə xəbərdarlıq olunacaq ki, bu barədə məlumatlı olsunlar. Onsuz da xəbərdarlıq etmişdik. 

Onların adları siyahıda əvvəlcədən açıqlanmışdı. Niyə ödəmədiklərini biz də onlara demişik. Bunu təkrar demək heç bir əhəmiyyət daşımayacaq. Əvvəlcədən əməkdaşlarımız zəng vurub, xəbərdarlıq ediblər”. 

AYB-dən xaric edilənlər sırasında tanınmış yazıçı və şairlərin olmasına gəldikdə isə Xəyal Rza bildirib ki, ümumiyyətlə, xaric edilən yazıçı və şairlər çox populyar deyillər: 

“Həmin şəxslər üzvlükdən çıxarılıblarsa, yenidən üvzlüyə qəbul edilməsi bir qədər çətindir. Yalnız gərək Katibliyin iclasında baxılsın. Əgər “mən bilməmişəm, oxumamışam, eşitməmişəm, mənə zəng olunmayıb”, kimi bəhanələrlə müraciət olunsa, o zaman gərək Katibliyin iclasında buna baxılsın. Müsbət qərar çıxarılsa, bəlkə qəbul oluna bilərlər”. 

Qeyd edək ki, bir müddət öncə AYB-nin üzvlük haqqı ödəməyən üzvlərinin (58 nəfər) bir hissəsinin siyahısı açıqlanmışdı: 

Abbas Qədir oğlu Seyidov, Abdulla Suvar (Suvar İnayət oğlu İbadov), Abdulla Şahmir (Abdulla Abdulhəmid oğlu Şahmirov), Abdulla Həmid oğlu Cəfərov, Abduləziz Xanəhmədoğlu (Abduləziz Xanəhməd oğlu Hüseynov), Abil İslam (Abil Yolçu oğlu İslamov), Adil Rəhimli (Adil Yaqub oğlu Rəhimov), Adıgözəl Vəlibinəli (Adıgözəl Ərzuman oğlu İbrahimov), Adil Cəfəkəş (Adil Ziyadxan oğlu Quliyev), Adəm Alışarlı Nədim oğlu, Ağa Ramazan (Ağaəli Məmməd oğlu Ramazanov), Ağarəhim Rəhimov (Ağarəhim Nüsrət oğlu Rəhimov), Ağasəlim Əmri (Ağasəlim Namiq oğlu Cəfərov), Afaq İsa qızı Əsədova, Afaq Əbdül qızı Qəmbərova, Afət Əliyulla qızı Sadıqova, Afiq Muxtaroğlu (Afiq Muxtar oğlu Əliyev), Akif Bəkir oğlu Xansultanov, Akif Vəli oğlu Kərimli, Aleksey Alekseyeviç Saprikin, Altay Yavər (Altay Yavər oğlu Səfərov), Amil Avey (Alim Yusif oğlu Məmmədov), Aleksandr İvanoviç Rodionov, Alı Abdulla oğlu Əliyev, Alxan Yekəəhmədli (Əlixan Məmməd oğlu Ömərov), Alim Gövhərli (Alim Əliqulu oğlu Musalı), Almaz Hacımirzə qızı Xanlarova, Anar Amin (Anar Abdulla oğlu Quliyev), Anar Tofiq oğlu Məmmədov, Arif Səməd oğlu Məmmədov, Arif Mikayıloğlu (Arif Mikayıl oğlu Aslanov), Arif Ərşad oğlu Quliyev, Arzu Ramiz qızı Dadaşova, Asif Abbas oğlu Hacıyev, Aslan Kənan (Aslan Murtuz oğlu Qasımlı), Aslan Həsənli (Aslan Rəcəb oğlu Əsədov), Asəf Baxşəli oğlu Novruzov, Aşiq (Ruşan Ələmşa oğlu Ruşanzadə), Avtandil Ağbaba (Avtandil İsrafil oğlu Məmmədov), Aybəniz Kəmalə (Aybəniz Məmməd qızı Əzizova), Aybəniz Qafarlı (Aybəniz Baxşəli qızı Qafarova), Aynur (Aynur İmran qızı Turabova), Aydın (Surxay oğlu Əsədov), Aydın Uluxanlı (Aydın Cabbar oğlu Uluxanlı), Aydın Rəhman oğlu Ağazadə, Aydın Əşrəf oğlu Həsənov, Aydın Məmmədoğlu, Aygün Sinabəddin qızı Güləliyeva, Aygün Fədayət qızı Sultanlı, Ayxan Kiçikbəy (Ayxan Eyvaz oğlu Həsənov), Aytən Aqşinqızı (Aytən Aşqin qızı Babayeva), Ayten Aydın qızı Qurbanova, Azad Arvanaxanlı (Azad Asməli oğlu Əliyev), Ayətxan Ziyad (Ayətxan Ziyatxan oğlu İsgəndərov), Azad Vəli oğlu Vəliyev, Azər Əzizxan oğlu Musayev, Azər Adil oğlu Əliyev, Azər Rəşidoğlu (Azər Rəşid oğlu Xanlarov). 

Qeyd edək ki, quruma üzvlük haqqı illik 15 manatdır. 

Seçilən
5
3
cebheinfo.az

10Mənbələr