AZ

Dünyanı silkələyən Epşteyn işi : səfir vəzifədən uzaqlaşdırıldı

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-da uşaqlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan və sonradan həbsdə müəmmalı şəkildə ölən milyarder Ceffri Epşteynlə bağlı açıqlanan sənədlər dünyanı silkələyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sənəddə adı hallanan Norveçin İordaniyanın paytaxtı Ammandakı səfiri Mona Juul adıçəkilən rəhbərliyi tərəfindən vəzifədən kənarlaşdırılıb.

Bu barədə açıqlama verən Norveç xarici işlər naziri Espen Bart Eide bildiirb ki, səfirlə bağlı araşdırmna başlayıb: "Araşdırma bitənə qədər o, səfir vəzifəsini icra etməyəcək"

Norveç Liberal Partiyasının lideri Quri Melbi isə səfiri sərt tənqid edəərk, onu istefaya səsləyib: "O, gözləməməli, özü istefa verməlidir"

Norveçin Ammandakı səfiri Mona Juul isə bildirib ki, "Epşteynlə münasibəti işlə bağlı olub: "Tamamilə açıq və şəfaf olaraq Dövlət Departamenti ilə və XİN rəhbərliyimizlə təmasdayam. Bəli, Epşteyn və həyat yoldaşı Terje Rod Larsenlə münasibətim olub. Lakin mən iddialarda deyildiyi kimi, hər hansı əxlaqsız işdə vasitəçi kimi çıxış etməmişəm..."

Samir Musayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
mia.az

1Mənbələr