ain.az bildirir, Idman.biz portalına istinadən.
Ukraynalı tennisçi Aleksandra Oleynikova Rumıniyada keçirilən turnirdə macarıstanlı rəqibi Anna Bondarla əl sıxmaqdan imtina edib.
İdman.Biz xəbər verir ki, A. Oleynikova bu qərarını macarıstanlı tennisçinin 2022-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən turnirdə iştirak etməsi ilə izah edib.
Həmin dövrdə Peşəkar Tennisçilər Assosiasiyası və Qadın Tennis Assosiasiyası təşkilatları Rusiyada yarışların keçirilməsini dayandırmışdı.
Ukraynalı idmançı bildirib ki, Rusiya ordusunun Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlar fonunda Bondarın Rusiyaya getməsi qəbuledilməzdir və bu səbəbdən onunla əl sıxmayıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.