AZ

Ədalət Vəliyev yeni sədr seçilmiş Günay Ağamalı ilə görüşdü

"Sabitliyi təmin edən siyasi dialoq mühitinin qorunması partiyanın prioritet fəaliyyət istiqaməti kimi qalacaqdır".

"Cebheinfo.az" APA-ya istinaədən xəbər verir ki, Ana Vətən Partiyasının yeni seçilmiş sədri, Milli Məclisin üzvü Günay Ağamalının APA-ya verdiyi məlumata əsasən, onun bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşü keçirilmişdir.

Günay Ağamalı bildirib ki, Prezident Administrasiyasında keçirilmiş görüş zamanı Şöbə müdiri onu partiyanın sədri seçilməsi münasibətilə təbrik edib, habelə, bilavasitə dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu sayəsində təşviq olunan sağlam əməkdaşlıq mühiti çərçivəsində görülmüş işlərin əhəmiyyəti haqqında fikirlərini səsləndirib. 

Görüş çərçivəsində Ana Vətən Partiyasının təkrar dövlət qeydiyyatına alınması, partiyanın fəaliyyəti, ideoloji prioritetləri, məsuliyyətli gənclərin aktiv siyasi fəaliyyətə cəlb olunması və digər bu kimi məsələlər müzakirə edilib. Günay Ağamalı sədrlik etdiyi partiyanın milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını vurğulayıb və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması prosesində daha aktiv şəkildə fəaliyyət göstərəcəyini bildirib. 

Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivləri, informasiya təxribatlarının zərəri, Qarabağda bərpa-quruculuq işləri və digər bu kimi aktual məsələlər haqqında müzakirələr aparılıb.

"Cebheinfo.az"

Seçilən
0
4
cebheinfo.az

7Mənbələr