AZ

Braziliya klubları “Qarabağ”ın futbolçusu üçün hərəkətə keçdi

“Qarabağ”ın müdafiəçisi Mateus Silvanın ölkəsi Braziliyaya transferi hələ də gündəmdədir.

İdmanxeber.az-ın məlumatına görə, bir neçə A Seriya klubu 28 yaşlı sağ cinah oyunçunun UEFA Çempionlar Liqasındakı çıxışını bəyənərək,  Azərbaycan çempionuna təklif göndərməyi planlaşdırır.

Xəbərdə futbolçunun komandadan ayrılıb-ayrılmayacağı barədə konkret məlumat verilməyib. 

Qeyd edək ki, Silvanın “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Seçilən
11
idmanxeber.az

1Mənbələr