AZ

BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu daha bir elmi məqalə nüfuzlu Journal of Cleaner Production-da dərc olunub. Q1 kateqoriyalı beynəlxalq jurnal Scopus bazasında indekslənib. 

AzEdu.az xəbər verir ki, “Relationship between CO₂ emissions and energy consumption sub-types under impact of AI-related patents and energy-related R&D investments: Evidence from the USA by novel quantile-based methods” adlı elmi məqalədə ABŞ nümunəsində süni intellektlə əlaqəli patentlərin və enerji sahəsində elmi-tədqiqat, inkişaf (R&D) investisiyalarının enerji istehlakının alt növləri, CO₂ emissiyaları arasındakı əlaqələrə təsiri yeni kvantil əsaslı metodlar vasitəsilə təhlil olunub. 

Ekoloji davamlılıq, enerji siyasəti və innovasiya sahələrində elmi, həmçinin praktiki baxımdan mühüm əhəmiyyət daşıyan tədqiqatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: 

//www.scopus.com/pages/publications/105024488145?origin=resultslist

Seçilən
9
azedu.az

1Mənbələr