Zaur Nəbioğlu ilə Şəbnəm Tovuzlu arasında ağız davası olub.
Publika.az xəbər verir ki, “Rəngarəng” verilişinin aparıcı ifaçını qalmaqallı olmaqda ittiham edib.
İttiham Şəbnəm Tovuzlunu özündən çıxıb:
“Haqqımda çox yalnış danışdın. Mən qalmaqallı ifaçı olmamışam. Sənətimlə 2012-ci ildən tanınmışam. Heç bir aparıcının haqqı yoxdur ki, bunu mənə desin. Bundan sonra TV-lər mənə qadağa qoysa belə, siz də olmaqla, heç birinizə o haqqı vermirəm ki, mənə "qalmaqallı ifaçı" deyəsiniz. Məni qalmaqala sizlər salmısınız. Bayaqdan söhbəti dayandırıram. Deyirəm ki, canlı ifalara keçid edək”.