AZ

Badımcanın acı dadından xilas olmağın yolları

Badımcanın acı dadı onun tərkibində olan təbii birləşmələrdən qaynaqlanır. Tərkibində mövcud olsa da, bu acılıq badımcanın istehlakını demək olar ki, mümkünsüz edir.

Badımcan acı olanda bəzi şəxslər onu xarab hesab edir və tullayır. Lakin bəzi üsullarla bu acılıqdan qurtulmaq mümkündür.

Milli.Az bu üsulları təqdim edir:

Duzlu suda saxlamaq: Badımcanları doğrayıb geniş bir qaba yığın və üzərini keçəcək qədər su əlavə edin. Suyun içinə 1-2 xörək qaşığı duz qatın. Ən azı 20-30 dəqiqə saxladıqda acı maddələr suya keçir. Daha sonra badımcanları yaxşıca yuyun və sıxaraq istifadə edin.

Limonlu su: Bir qaba su doldurub üzərinə yarım limonun suyunu əlavə edin. Doğranmış badımcanları bu suda 15-20 dəqiqə saxlayın. Limonun turşuluğu acı birləşmələrin təsirini azaldır və eyni zamanda qaralmanın qarşısını alır. Daha yüngül və balanslı dad əldə olunur.

Süddə saxlamaq: Badımcanları doğradıqdan sonra üzərini keçəcək qədər süd əlavə edin. Təxminən 15-20 dəqiqə saxlamaq kifayətdir. Südün tərkibindəki zülallar acı birləşmələri özünə bağlayır və nəticədə daha yumşaq, balanslı dad yaranır. Xüsusilə qızartma və soba yeməkləri üçün uyğundur.

Duz səpmək: Badımcanları dilimləyib üzərinə hər tərəfinə çatacaq şəkildə duz səpin. Süzgəcə yığıb altına bir qab qoyaraq 30 dəqiqə saxlayın. Badımcanın buraxdığı tünd rəngli maye acılığın böyük hissəsini özündə daşıyır. Bişirməzdən əvvəl mütləq yuyub qurulayın.

Mina Mikayılova
Milli.Az

Seçilən
3
1
milli.az

10Mənbələr