AZ

Azərbaycan və İƏT qadın hüquqları sahəsində birgə fəaliyyət perspektivlərini müzakirə edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Əməkdaşlıq Təşkilatının Qadın İnkişafı Təşkilatının icraçı direktoru Afnan əl-Şueybi ilə görüş keçirib.

XQ xəbər verir ki, Qahirədə “Dini və media diskursunun İƏT-ə üzv ölkələrdə qadın hüquqlarının müdafiəsi və təşviqinə təsiri” mövzusunda təşkil olunan beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə Azərbaycan ilə Qadın İnkişafı Təşkilatı arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

2021-ci ildən fəaliyyət göstərən Qadın İnkişafı Təşkilatı haqqında məlumat verən Afnan əl-Şueybi bu platforma çərçivəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O qeyd edib ki, mərkəzi qərargahı Qahirədə yerləşən təşkilat üzvlük coğrafiyasını genişləndirir və beynəlxalq arenada mövqelərini möhkəmləndirir.  Afnan əl-Şueybi Azərbaycanda qadın hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirləri və əldə olunan nəticələri müsbət dəyərləndirib.

Dövlət Komitəsinin fəaliyyəti, reallaşdırılan layihələr və prioritet istiqamətlər barədə məlumat verən Bahar Muradova qadın hüquqlarının qorunması, gender bərabərliyinin təşviqi və qadınların ictimai-iqtisadi fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Dövlət Komitəsinin dəstəyi ilə qadınların sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra işlər görülür. Bu kontekstdə Sahibkar Qadınlar Assosiasiyası uğurla fəaliyyət göstərir.

B.Muradova, həmçinin Azərbaycanın İƏT-lə müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini və təşkilatın fəaliyyətinə fəal töhfə verən üzv ölkələrdən biri olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.

Seçilən
1
1
xalqqazeti.az

4Mənbələr