ABŞ və İran arasında münasibətlər kifayət qədər gərgin olaraq qalır. Müharibə ehtimalı isə bölgə ölkələrini narahat edir. Bu mənada İrana qonşu ölkələr bu iki dövlət arasında gərginliyin azalmasında maraqlıdırlar.
Bəs Azərbaycan ABŞ və İran arasında vasitəçi rolunu oynaya bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirdi ki, hazırda Amerika Birləşmiş Ştatları İranla bağlı şərtlərin qəbul olunması üçün vasitəçilik funksiyalarını bir çox bölgə ölkələrinə həvalə edir:

"Bu prosesdə əsas vasitəçi rolunu isə, düşünürəm ki, Türkiyə və Səudiyyə Ərəbistanı oynayır. Azərbaycanın bu məsələdə xüsusi vasitəçiliyə ehtiyacı yoxdur, çünki ABŞ və İran arasındakı danışıqlar daha çox digər regional güclərin iştirakı ilə gedir. Bununla belə, Azərbaycanın diplomatik mövqeyi və regionda etibarlı tərəf kimi rolu bu proseslər üçün istisna təşkil etmir, ölkənin vəziyyətindən asılı olaraq gələcəkdə müəyyən diplomatik təşəbbüslər gündəmə gələ bilər".
Nuriyyə NATİQQIZI