“PKK-nın qurucu rəhbərliyinin 27 fevral 2025-ci ildə etdiyi çağırış Suriyada 337 gün sonra cavablandırıldı və bu, çox mühüm bir mərhələ oldu”.
"Yeni Sabah" NTV-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı parlamentdə partiyasının iclasında bildirib.
“Özümüzə qarşı dürüst olaq, PKK-nın qurucu rəhbərliyi bütün vədlərinə əməl etdimi? Bəli, etdilər. Separatçı terror təşkilatının ləğvini təmin etdilərmi? Bəli, etdilər”, - Bağçalı vurğulayıb.
O, Ədirnədə həbsdə olan Səlahəddin Demirtaşdan da söz açıb:
“Anadolu sabitliyə, Öcalan ümidə, Əhmədlər məqama, Demirtaş isə evinə dönənə qədər qərarımız bəllidir”.
Telegram kanalımız