AZ

Axtarışda olan 302 nəfər sərhəddə saxlanıldı

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 302 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 8 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

"Cebheinfo.az"

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr