ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi daşıyır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcəkdir.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən, il ərizindıə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkil olunması, habelə “Şəhərsalma və Memarlıq İli” və WUF13 ilə bağlı tədbirlərin həyata keçirilməsində əlaqələndirmə təmin ediləcəkdir. Şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə işinin aparılması məqsədilə “Bakı şəhərsalma həftəsi” çərçivəsində, həmçinin “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” ilə bağlı yerli və beynəlxalq tədbirlərin təşkil olunacaq.
Azərbaycanın şəhərsalma və memarlıq irsinə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair məlumatların ictimaiyyətə təqdim edilməsi məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Azərbaycan Respublikasının daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələri hazırlanacaq. Bütüb bu və ya digər tədbirlər il boyu reallaşacaqdır.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.
Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.
Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.
2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.
Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Belə ki, bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunacaq. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Hər biri öz növbəsində şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır.
WUF13-ün Bakıda keçirilməsi bu mühüm yubileylərin həm beynəlxalq səviyyədə qeyd olunması, həm də Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından əlamətdardır. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq edir.
Nəzakət ƏLƏDDİNQIZI

Sosial
13:24
Hədiyyəmiz yalnız kitab olsun

Siyasət
13:16
“Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

Cəmiyyət
12:50
İçmə, çəkmə, stresdən uzaq ol...

Siyasət
12:41
Tramp Rubionu Kuba prezidenti görmək istəyir FOTO

Siyasət
12:24
Keçmiş komandan avropalıları təslim olmamağa çağırdı FOTO

Siyasət
12:16
Xüsusi icra məmurunun vahid geyim forması və nişanı təsdiqlənib

Siyasət
12:14
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Siyasət
11:56
Polşa qırıcı təyyarələrini Rusiya sərhədinə göndərdi FOTO

Sosial
10:59
Niyə həyatdan zövq ala bilmirik və ya Anhedoniya nədir?

Siyasət
10:14
2 Fevral – Azərbaycan Gəncləri Günü: dövlət gənclər siyasətinin uğurları və gənclərin cəmiyyətə təsiri
Digər xəbərlər

Tramp Rubionu Kuba prezidenti görmək istəyir FOTO
Siyasət
12:41

Keçmiş komandan avropalıları təslim olmamağa çağırdı FOTO
Siyasət
12:24

Xüsusi icra məmurunun vahid geyim forması və nişanı təsdiqlənib
Siyasət
12:16

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
Siyasət
12:14

Polşa qırıcı təyyarələrini Rusiya sərhədinə göndərdi FOTO
Siyasət
11:56

2 Fevral – Azərbaycan Gəncləri Günü: dövlət gənclər siyasətinin uğurları və gənclərin cəmiyyətə təsiri
Siyasət
10:14

Güclü Azərbaycan dövlətinin güclü gəncliyi - ŞƏRH
Siyasət
09:55

Sağlam gəncliklə Azərbaycanın parlaq gələcəyinə doğru... - FOTOLAR
Siyasət
09:49

Dünyaya örnək olan gənclik - FOTOLAR
Siyasət
09:47

Gəncliyimiz milli dəyərlərə sadiqdir - FOTOLAR
Siyasət
09:42

Türkiyə Qazaxıstanın ən iri ticarət tərəfdaşına çevrilib - XİN rəhbərləri görüşüblər
Siyasət
2 Fevral 23:50

Ombudsman Səbinə Əliyeva Gənclər Günü münasibətilə müraciət ünvanlayıb
Siyasət
2 Fevral 18:47







Digər Layihələrimiz



Tərəfdaşlarımız



© 2002-2026, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
Üzeyir Hacıbəyli küçəsi, 66. Bakı, Azərbaycan.
Tel.: (+994 12) 598-33-90 ; Faks: (+994 12) 493-11-62 ; Email: [email protected]
Baş redaktor: Bəhruz QULİYEV
"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
Haqqımızda
Əlaqə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.