
ABŞ Konqresinə Minnesotadakı əməliyyatlar zamanı iki ABŞ vətəndaşının öldürülməsindən sonra ölkədə müzakirə edilən immiqrasiya təcrübələrinə qarşı İnzibati İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ilə Gömrük və Sərhəd Mühafizəsi (CBP) bölmələrini konstitusiya hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməyi nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Senatın Büdcə Komitəsinin üzvü, demokrat senator Ceff Merkli və Nümayəndələr Palatasının demokrat üzvü Andrea Salinas "ICE və CBP Konstitusiya Hesabatlılığı Aktı" adlanan layihə ilə bağlı yazılı açıqlama veriblər.
Açıqlamada qeyd olunub ki, Konqresə təqdim edilən bu layihə ICE və CBP əməkdaşlarının konstitusiya pozuntularına görə federal hökumətə qarşı məhkəmə iddiası qaldırılmasını nəzərdə tutur.
Sənəddə respublikaçıların immiqrasiya tədbirləri üçün sözügedən qurumlara 150 milyard dollardan çox vəsait ayırmasının bədniyyətli tətbiqlərə yol açdığı müdafiə edilib. Həmçinin federal immiqrasiya zabitlərinin ifadə azadlığı və ədalətli mühakimə olunma hüququ da daxil olmaqla, konstitusiya hüquqlarını pozduğu qeyd olunub.
Açıqlamada həmçinin "Prezident Donald Trampın immiqrasiya icraçıları bizim konstitusiya hüquqlarımızı pozur", - ifadəsi yer alıb.