Gecə saat 03:00 radələrində yaşayış məhəllələrindən birində qeyri-adi hadisə baş verib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Gülnar Nazimqızı məlumat verib.
Onun bildirdiyinə görə, bir qadın telefon vasitəsilə qarşı tərəfdəki şəxsin dediklərini icra edib.
Məlumata görə, o, əvvəlcə ərazinin şəkillərini, daha sonra videosunu çəkərək kiməsə göndərib. Baş verənlərin şahidi olan sakinlərdən biri pəncərədən qadına səslənərək nə axtardığını soruşub. Qadın isə "Burada King Market var?" sualını verib.
Sualdan sonra qadının narahat olduğu və ərazidən uzaqlaşdığı bildirilib. Lakin 20 dəqiqə sonra həmin şəxs yenidən geri qayıdaraq ərazidə torpağı eşələməyə başlayıb.