AZ

Sumqayıtda evdən meyit tapıldı

BAKI, 3 fevral. TELEQRAF

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1953-cü il təvəllüdlü Vlasov Pavel Oruc oğlu Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yerləşən mənzilində həyatını itirmiş halda tapılıb.

Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyitə baxış keçirilib, ölümün dəqiq səbəblərinin müəyyən olunması üçün müvafiq araşdırmalar aparılır.

Seçilən
10
3
teleqraf.com

5Mənbələr