Külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) məlumat yayıb.
Bildirilib ki, onlardan 26 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Milli.Az