AZ

"ABŞ-də ikinci vətəndaş müharibəsi başlayır" - İlon Mask

Tesla və SpaceX-in rəhbəri İlon Mask ABŞ-də artıq ikinci vətəndaş müharibəsinin başladığını hesab edir.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Mask ZeroHedge istifadəçisinin paylaşımına şərh verərək ABŞ-də Immiqrasiya və Gömrük Xidmətinə qarşı etirazlar fonunda “Vətəndaş Müharibəsi 2.0”-ın başlandığını qeyd etməsinə münasibət bildirib: “Görünür, elədir”, – deyə o yazıb.

2026-cı ilin yanvar ayında ABŞ-ın müxtəlif şəhərlərində ICE-in sərt miqrasiya siyasəti və əməliyyatlarına etiraz olaraq kütləvi aksiyalar başlayıb. 24 yanvarda Minneapolisdə keçirilən aksiyalar zamanı immiqrasiya xidməti əməkdaşı bir kişiyə atəş açıb. Bir neçə həftə əvvəl isə 37 yaşlı qadına qarşı oxşar hadisə baş vermişdi. Bu hadisələr şəhərdə etiraz aksiyalarının yenidən güclənməsinə səbəb olub.

Nuriyyə NATİQQIZI

Seçilən
4
redaktor.az

1Mənbələr