2026-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 5,2 faiz artaraq 11 563,5 milyon ABŞ dolları təşkil edib.
AMB-nin hesabatına əsasən, ötən ilin dekabr ayına nisbətdə isə yanvarda valyuta ehtiyatlarında 0,4 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 514,9 milyon dollar təşkil edib.