AZ

“Qarabağ”ın futbolçusu cəzalı DURUMA DÜŞDÜ

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli Premyer Liqasının 18-ci turu 6 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.Bizim.Media xəbər verir ki, “Neftçi”nin 2, “Karvan-Yevlax”, “Sumqayıt”, “Şamaxı” və “Qarabağ”ın isə 1 oyunçusu mövsümdə 4-cü sarı vərəqəsini alıb.“Araz-Naxçıvan” üzərində böyükhesablı qələbə qazanan “Neftçi” (4:0) əvəzində Freddi Varqas və İqor Ribeyronun xidmətindən məhrum qalıb. Onlar “Qəbələ” ilə qarşıdakı matçı buraxmalı olacaqlar.“Sumqayıt”da Keffel Resende “Zirə” ilə, “Karvan-Yevlax”dan Elvin Yunuszadə “Turan Tovuz”la qarşılaşmada heyətdə yer almayacaqlar.“Şamaxı” – “Qarabağ” görüşündə isə hər komandadan bir nəfər iştirak ərizəsinə salınmayacaq.Belə ki, Rikardo Apolinario “Şamaxı”ya, Marko Yankoviç isə “Qarabağ”a kömək edə bilməyəcək.Qeyd edək ki, Misli Premyer Liqasında 19-cu turun oyunları 8-10 fevral aralığında keçiriləcək.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
bizim.media

2Mənbələr