Xəbər verdiyimiz kimi, Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO
Masallı rayon sakini, 28 yaşlı Fərid Mirzəyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan “Volvo” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – sürücünün əmisi uşaqları, 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Ramal Mirzəyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu olub.
Mərhumun fotolarını təqdim edirik:


Bizim.Media