“The New York Times qəzetinin mənim işimi işıqlandırması qəsdən səhv təqdim olunub. Tezliklə bu fırıldaqçıları məhkəməyə verəcəyimi görəcəyik! Saxta Xəbərlər.”
Qeyd olunur ki, ABŞ lideri əvvəllər The New York Times qəzetinə qarşı 15 milyard dollarlıq iddia qaldırıb. O, qəzeti 2024-cü il prezidentlik yarışında o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə və özünə, ailəsinə və tərəfdaşlarına qarşı böhtan atmaqda ittiham etmişdi.