AzVision.az xəbər verir ki, Ağ Evdəki mənbəyə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.
“Layihə “Project Vault” adlandırılıb. Qərar Çinin ABŞ-nin əsas sənaye sahələrinə təzyiq göstərməküçün tədarük zəncirinin üstünlüyündən istifadə etməsinə cavabdır”,- qəzet yazır.
Layihənin maliyyələşdirilməsinə təqribən 1,67 milyard dollar özəl kapital və ABŞ-nin İxrac-İdxal Bankından (“Ex-Im Bank”) 10 milyard dollar kredit cəlb olunacaq. Strateji ehtiyat avtomobil istehsalçılarından, texnologiya şirkətlərindən və istehsalçılardan, o cümlədən nadir torpaq elementləri, qallium və kobaltdan toplanan materiallardan formalaşacaq.
Mənbənin sözlərinə görə, 10-dan çox şirkət, o cümlədən “General Motors”, “Stellantis” və “Google” artıq layihədə iştirak etməyə razılıq verib. Fevralın 2-də “Ex-Im Bank”ın direktorlar şurası “Project Vault” üçün 15 illik kreditin verilməsi ilə bağlı səsvermə keçirməli idi.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta