ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Qutrinin 84 yaşlı anası itkin düşüb: polis qadının oğurlandığından şübhələnir
Məşhur amerikalı televiziya aparıcısı Savannah Qutrinin anası, 84 yaşlı Nensi Qutri itkin düşüb. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, polis qadının oğurlandığından şübhələnir
Şerif Kris Nanos deyib: "İndi biz 100 faiz inanırıq ki, o evdən təkbaşına çıxa bilməzdi. Mən inanıram ki, o qaçırılıb. Xanım Qutri evdən təkbaşına və ya öz iradəsi ilə çıxmayıb".
Aparıcının anası sonuncu dəfə 31 yanvar şənbə günü, uşaqları qonaq gələndə görünüb. Onun bazar günü itkin düşdüyü bildirilir. Məlumata görə, Qutrinin hərəkət problemləri var və o köməksiz evdən çıxa bilmir.
Şerif həmçinin yaşlı qadının demensiya xəstəliyindən əziyyət çəkmədiyini və aydın şəkildə huşunun yerində olduğunu söyləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.