01 fevral 2026-cı il tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib...
Poliqon bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb.
İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.
Poliqon.info