AZ

Rumıniya Qara dənizdə "enerji qalxanı" qurur

Rumıniya Qara dənizdə "enerji qalxanı" qurur

Rumıniya Avropa İttifaqının (Aİ) enerji xəritəsini dəyişdirəcək nəhəng "Neptun Deep" qaz layihəsinin təhlükəsizliyini təmin etmək üçün Qara dənizdə monitorinq imkanlarını genişləndirir.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Rumıniya Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Radu Burnetenin sözlərinə görə, Buxarest 2027-ci ilə qədər dənizdə təhdidlərin erkən aşkarlanması üçün genişşaxəli sistem yaradacaq. Bu müdafiə kompleksi müasir radar stansiyaları, pilotsuz uçuş aparatları (PUA) və sensor sistemlərini özündə birləşdirəcək.

Rəsmi qurumlar bildirir ki, belə bir "qalxan"ın yaradılması Ukraynadakı müharibə nəticəsində Qara dənizdə artan risklərlə bağlıdır. Xüsusilə hava məkanının PUA-lar tərəfindən mütəmadi pozulması və dənizdəki üzən minalar strateji infrastruktur üçün ciddi təhlükə yaradır.

Xatırladaq ki, "Neptun Deep" layihəsinin işə düşməsi ilə Rumıniyanın Avropanın aparıcı qaz ixracatçılarından birinə çevrilməsi gözlənilir.

Seçilən
5
afn.az

1Mənbələr