AZ

“Kəpəz” bıçaqlanan futbolçusu ilə bağlı məlumat yaydı – Yenilənib


“Kəpəz” klubu bışaqlanan futbolçusu Veysəl Rzayevin durumu ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com
xəbər verir ki, insident nəticəsində xəsarət alan futbolçunun hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunduğu bildirilib.
Qeyd olunub ki, futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir.

***09:01
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun oyunçudur.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Seçilən
0
1
yeniavaz.com

2Mənbələr