AZ

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, “Əkinçi” qəzetinin redaktoru və Azərbaycanmill mətbuatının banisiHəsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabi 1837-ci il 28 iyunda Bakı quberniyası Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.Onun babası Rəhim bəy və atası Səlim bəy metsenat kimi tanınırdılar.Onların qonaq otağı həmişə dövrün şairlərinin üzünə açıq idi.

Həsən bəyin ilk müəllimi atası Səlim bəy olmuşdu. Uşaq öz nəslinin keçmişi və Qacar-Rus savaşları nəticəsində rusların Qafqazı işğal etmələrinin tarixi haqqında söhbətlərə xüsusi maraqla qulaq asırdı. Babası Rəhim bəyin general İvan Fyodroviç Paskeviçi salamlayarkən bir dəstə ermənini məktəblisini göstərib “Biz yaşayacağıq və yalnız uşaqlarımız bu məktəblilərin sırasında dayananda bizimlə hesablaşacaqlar!”-sözləri yaddaşına həkk olunmuşdu. Həmin Rəhimbəy başqa Şirvan əsilzadələri ilə birlikdə Sankt- Peterburqa gedən Qacar dövləti (1796-1925) şahzadəsi Xosrov Mirzəni qarşılamağa göndərilmişdi.Rəhim bəy bahalı atlas paltarlar və qiymətli daş-qaşla bəzənmiş Qacar vəliəhdi Abbas Mirzənin oğlu Xosrov Mirzə Qacara baxaraq başını bulamış və yanında duran adama demişdi: “Məndən olsa,bu şahzadənin əyninə gödək və rahat arxalıq geyindirərdim,onu yəhərlənmiş atın belinə mindirib idarə edəcəyi ölkəni öyrənməyə göndərərdim.Bax,onda əsil padşah olardı.Yoxsa indi arvad kimi bəzənib,tumarlanıb,arvaddan da artıq olmayacaq”.Rəhim bəyin onun barəsində danışığını sezən Xosrov Mirzə dediklərini təkrar etməyi tələb eləmişdi.Rəhim bəy əsla özünü itirməmişdi.Həqiqəti olduğu kimi açıb demişdi.

Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada Azərbaycan türkcəsindən başqa ərəbcə və farsca öyrənmişdir. Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır.Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyasının Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir.Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisəgetməyə icazə verməmişdilər.Tiflisdə yaşayan atasının dayısıgeneral Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək,Zərdabini Tiflisə gətizdirmişdir.

Tiflisdə məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinifinə qəbul olunmuşdur.1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü iləMoskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir,lakin vətənə olan sonsuz məhəbbəti,xalqına,millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.

Həsən bəy Məlikov-Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları ilə tanışmışdır.Tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibəti olmuşdur.Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olmuşdur.İdealist Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını,həm də bu davranışın xalqı tərəfindən xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalmaq yönündə təklifləri rədd etmiş və xalqına xidmət etmək üçün vətənə dönmüşdür.

Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində (Mejovoy Plata) işləməyə başlayır.Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır.4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir.18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir.Bununla da onun həyatında yeni dövr-maarifçilik,xalqın savadlanması,ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır,lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə Azərbaycan türkü idi.Azərbaycan türklərindən olan şagirdlər yox dərəcəsində idi. Bununla da, Həsən bəy Azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur.

Həsən bəyAzərbaycanzadəganlarınnümayəndələrinə tez-tez babası Rəhim bəyin sözlərini xatırladırdı: “Yalnız maarif sizi xilas edəcək”.1867-ci ildə əsilzadələr Həsən bəydən narazılıqlarını bildirdilər- guya o, hələ təhkimçilik əsarətindən qurtara bilməyən kəndliləri müdafiə edir.Həsən bəy iri mülkədar Şivarova xəbərdarlıq etmişdi: “ Bir baxın görün, siz bəylər nə qədər azsınız,bədəncə və ruhca sağlam olan bu kəndlilər isə nə qədər çoxdurlar!Yadınızda saxlayın ki, onlar sizin əbədi qullarınız olmayacaqlar,nə vaxtsa öz azadlıqlarını tələb edəcəklər”.

Həsən bəy kəndlilərin torpaq məsələsi kimi mühüm,həyati əhəmiyyətli bir işdə rəislərinin tapşırıqlarını sözsüz yerinə yetirən məmur ola bilməzdi.O,tez-tez camaatına,xüsusən də dövlət kəndlilərinə (bəylərin deyil, xəzinənin torpaqlarını becərən kəndliləri bu cür adlandırırdılar) qarşı hədsiz ədalətsizliklərin şahidi olurdu.Şübhəsiz,kəndlilərə münasibətdə ən böyük istismarçı dövlətin özü idi.Torpaq sahələri arasındakı mərzlər (məsafələr və sərhədlər) həmişə mülkədarların,yaxud varlı köçkünlərin tərəfini saxlayan inzibati dairələrin istədiyi şəkildə dəyişdirilirdi.Kəndlilərin uzun illərdən bəri alın təri ilə becərdikləri torpaqları özbaşına köçkünlərə verirdilər.Belə hallarda Həsən bəy kəndlilərin tərəfində dayanaraq,rəislərinin əmrinə kor-koranə əməl etmir,əksinə,onların fikirlərinin tam əksi olan “əlahiddə fikrini” bildirməkdən çəkinmirdi.Bunun müqabilində o,məzəmmətlər eşidir, töhmət alırdı.Lakin əsas işgörülmüşdü.Kəndlilər artıq hüquqlarını başa düşür və bu hüquqları qorumaq üçün özləri mübarizəyə qoşulurdular. Torpaq palatasının rəisi Həsən bəyə dərin hörmət bəsləməsinə baxmayaraq ultimativ şəkildə bildirmişdi: “Ya rəislərə “dərs keçməkdən” və kəndliləri “korlamaqdan” əl çəksin, ya da işdən getsin”.Həsən bəy özü də başa düşürdü ki,bu şəraitdə işləmək mümkün deyil.Ona görə də Torpaq palatasındakı xidmətdən uzaqlaşdı. O deyirdi:“Məndən məmur olmaz!”.İstefaya çıxandan sonra Həsən bəy doğma kəndinə qayıtmaq və xalq arasında iş aparmaq niyyətində idi.Elə həmin dövrdə-1867-ci ildə məhkəmə və inzibati orqanların yenidən qurulması prosesi başlandı. Həsən bəy bu yeni qaydalar şəraitində müsəlman kəndlilərinin nə kimi çətinliklərlə qarşılaşdığını aydın görürdü.Dövlət dilini,yeni qanunları vəhüquqlarını bilməyən kəndlilər istismarçıların əlində əsir olmuşdu.Onlarınköməyinə çatmaq lazım idi.Ona görə də Həsən bəy islahatdan sonra yenidən təşkil olunmuş Quberniya idarəsində işə girdi. Lakin burada rəislərlə Torpaq palatasındakından daha tez-tez toqquşmaq lazım gəlirdi. Hədsiz süründürməçilik kəndlini şikayətinə cavab almaq üçün aylarla şəhərdə gözləməyə məcbur edirdi.Kəndlilərlə kobud münasibət,onların vicdansız məmurlar tərəfindən soyulması Həsən bəyi bu zavallı adamların müdafiəsinə qalxmağa və rəislərlə üzləşməyə vadar edirdi.Quberniya idarəsində isə buna dözmək istəmirdilər. Bakı qubernatoru Kulibyakinin Həsən bəyi görməyə gözü yox idi. Kulibyakin axırda tələb etdi ki, Quberniya idarəsində “ ya o-qubernator qalmalıdır, ya da Həsən bəy “. Təbii ki,qubernatorun hökmü daha etkin idi.Həsən bəy növbəti iş yerindən də əl çəkməli oldu.

Həmin dövrdə mahal və dairə məhkəmələri yaradılırdı. Bu məhkəmələrin ətrafında xalqın qanını sormağa hazırlaşan zəlilər- tərcüməçilər, gizli vəkillər,polislər və başqaları toplaşırdılar.Onlar hər vasitə ilə yeni məhkəmə islahatından xəbərsiz olankütləni öz torlarına salmağa,şirəsini sıxıb çıxarmağa çalışırdılar. Həsən bəy xalqının köməyinə tələsməli idi. Beləliklə, o, məhkəmə idarələrində xidmət etmək qərarına gəldi.Qubada məhkəmə hakiminin yanında məhkəmə katibi vəzifəsində işləməyə başladı.

Xalq yeni məhkəmənin-qlasnılar məhkəməsinin əhəmiyyətini anlamırdı. Onun yeni qanunlardan, apelyasiya,kassasiya şikayətlərindən, məhkəmə möhlətlərindən, markaların keyfiyyətindən,sayından və sairə və ilaxır başı çıxmırdı. Həsən bəy heç kimin xahişini rədd etmədən səbrlə,təmkinlə yanına gələnlərə yeni qanunları başa salır, dünyadan bixəbər,yazıq kəndliləri, sadə şəhər camaatını fırıldaqçı vəkillərin, vicdansız tərcüməçilərin,acgöz polislərin cəngindən qurtarırdı. Bunun da nəticəsində özünə saysız-hesabsız düşmən qazanmışdı.1869-cu ilin martında Həsən bəyin həyatına qəsd etməyə çalışmışdılar. Gecə kabinetində işləyərkən nəməlum şəxs ona atəş açmışdı. Güllə Həsən bəyin başından bir verşok yuxarı, divara dəymişdi. Ümumiyyətlə,məhdud sahədə işləmək Həsən bəyi təmin etmirdi.O ,səsininbütün xalqaçatmasını istəyirdi. Həsən bəyin ürəyində qəzetdə işləmək arzusu baş qaldırmışdı. O dövrdə türk dilində qəzet nəşri barəsində düşünmək belə faydasız idi. Rusiyada türk dilli mətbuat olmadığından təbii ki,türk dilində yazmaq da əhəmiyyətsiz işə çevrilmişdi. Həsən bəy “Bakinski listok” adlı kiçik qəzetdə əməkdaşlıq etməyə başladı.Onun ilk məqalələri məktəb açmaq çağırışına laqeyd qalan varlı, Quba boyaqçılarına qarşı çevrilmişdi.Həyatına qəsd Həsən bəyi qorxutmamışdı.O, rüşvətxorluğu,varlıların acgözlüyünü və xudpəsəndliyini, mollaların yalançılığını əvvəlki kimi ifşa edirdi. Həsən bəyi qorxudan yeganə şey təkliyi idi.O, yaxşı başa düşürdü ki,nə qədər çox çalışsa da,tək əldən səs çıxmaz.O, məqalələr yazır,küçədə,bazarda, kəndlilərin arasında, şəhərdə söhbətlər aparır,xalqı maarifə,təhsilə çağırırdı.Lakin onun səsinə səs verənlər yox idi. Həsən bəy isə təxirəsalınmaz işlərin hamısının öhdəsindən təkbaşına gələ bilmirdi. Çox vaxt o,xidməti işlərindən imtina etməli olurdu. Nəhayət, 1869-cu ildə mahal məhkəməsindəki işindən də istefa verməli oldu.

Həsən bəyin məqsədi hökumətə xidmət yox,öz arzularına müvafiq şəkildə işləmək idi.Onun fikri-zikri müsəlmanlar arasında maarifi yaymağa yönəlmişdi. Xalq məktəbləri açmaq lazım idi. Həmin dövrdə müsəlmanlar və türklər üçün ruslaşdırma siyasətinin prinsipləri əsasında yaradılan və camaat arasında etimadı olmayan dövlət məktəblərindən başqa şəxsi,yaxud xüsusi məktəblərə təsadüf edilmirdi. Çünki hökumət müsəlmanlara nəinki məktəb açmağa və ona rəhbərlik etməyə,hətta buməktəblərdə adicə müəllim olmağa icazə vermirdi.

Həsən bəy Zərdabi müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda“Cəmiyyət-xeyriyyə” də yaratmışdı.Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmidəftərə “Cəmiyyət-xeyriyyə”yə üzv yazmaqla məşğul olmuşdu.

Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk qadın müəllimlərə ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən “Qafqaz” qəzetində Tiflis“Müqəddəs Nina” Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirmələrini təbliğ edir.Bundan sonra Zərdabi bir gün “Qafqaz” qəzetindəki xəbərdən Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbindən məzun olanların arasında Nalçik şəhərində anadan olan və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir.Bundan sonra Tiflisə gedən Həsən bəy Zərdabi Hənifəxanımı taparaq tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir.Hənifə xanımında eyni fikirdəolduğunu öyrənən Zərdabi ona evlənmə təklif edir. Təklifi qəbul edən Hənifə xanım Həsən bəy Zərdabi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçür.

Ardı var

Seçilən
4
1
turkustan.az

2Mənbələr