Bölgələrdə Rusiyanın aviazərbələrinin nəticələrinin aradan qaldırılması davam edir.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
Onun sözlərin görə, Rusiyanın hədəfi “yenə də enerji obyektləri” olub.
“Rusiya bu gecə Ukraynanın mülki əhalisinə qarşı 70-dən çox raket və 450 zərbə dronundan istifadə edib”, - Zelenski qeyd edib.
“Hava hücumundan müdafiə sistemləri üçün raketlərin vaxtında çatdırılması bizim prioritetimizdir. Rusiyaya təzyiq olmadan bu müharibənin sonu olmayacaq. İndi Moskva terror və eskalasiyanı seçir və buna görə maksimum təzyiq lazımdır”, - Ukrayna lideri əlavə edib.