AZ

Klintonlar cütlüyü Konqresdə ifadə verəcək

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin məlumatına görə, Klintonlar cütlüyü Konqresə hörmətsizlik barədə qərarın qəbulu ilə bağlı keçiriləcək səsverməyə bir neçə gün qalmış respublikaçıların tələblərinə boyun əyib.

Əvvəllər istintaqı siyasi motivli adlandıran Bill və Hillari Klintonlar bir neçə ay ərzində sözügedən komitənin sədriCeyms Komerin çağırışını yerinə yetirməkdən imtina edirdilər. Onlar öz mövqeyini komitədəki bəzi demokratlar Klintonları əməkdaşlıqdan boyun qaçırdıqlarına görə təqib edən respublikaçıları dəstəkləməsindən sonra dəyişiblər.

Epşteynin qurbanlarının vəkillərindən tələb
Bill Klintonun qanunvericilər qarşısındakı ifadəsi demək olar ki, görünməmiş bir hadisə olacaq: ABŞ-nin keçmiş prezidentləri 1983-cü ildən bəri Konqres qarşısında ifadə verməyiblər.
Komitə yüksək vəzifəli demokratların mərhum maliyyəçi Ceffri Epşteyn və onun şəriki Qisleyn Maksvelllə əlaqələrinə diqqət yetirmək niyyətindədir. Vəkillərin dindirilməni dörd saatla məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq, bu təklifi qeyri-kafi adlandıran komitə sədri onu rədd edib.

Xatırladaq ki, yanvarın 30-da ABŞ-ın Ədliyyə Nazirliyi Epşteynin dosyesindəki bütün sənədlərin açıqlandığını bildirib. 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş maliyyəçi həbsxanada intihar edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
13
azvision.az

1Mənbələr