AZ

“Kədərimizi unutmayacağıq” – Kadıköydə zəlzələ qurbanları ANILIDI

Kadıköydə 6 fevral zəlzələsi qurbanları anılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda 6 fevral zəlzələlərində yaxınlarını itirən vətəndaşlar anım mərasimi keçiriblər.

Mərasim iştirakçıları fəlakət zamanı yaşadıqları çətinlikləri və xilasetmə işlərindəki gecikmələrdən duyduqları narazılığı dilə gətiriblər.

Çıxışlar zamanı zəlzələ qurbanlarının yaxınları həmin günlərdə tək qaldıqlarını vurğulayıblar:

“6 fevralda biz dövlətin gəlməsini, dağıntılar altından xilas edilməyimizi gözləyirdik, lakin heç kim yox idi. Bugünkü vəziyyət həmin günlərin davamıdır”.

Mərasimdə qeyd olunub ki, gələcək öz kədərini unutmadan mətanət nümayiş etdirən, haqqını tələb edən insanların əllərində formalaşacaq.

Ailələr faciənin fəsadlarının hələ də tam aradan qaldırılmadığını və bəzi məsuliyyətsizliklərin davam etdiyini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr