AZ

Şirvandakı qəzada xəsarət alanların son vəziyyəti

Yazını böyüt
Yazını kiçilt

Şirvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Hafta.az xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (kişi) fevralın 3-də saat 00:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Vüsal Taleh oğlu Xankişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil VAZ-2115 markalı avtomobillə toqquşub.

Seçilən
2
hafta.az

1Mənbələr