Ağsuda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağsu Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib.
Bildirilib ki, fevralın 2-si saat 22:00-da üç nəfər (kişi) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
"Cebheinfo.az"