AZ

Göyçayın 2-ci Ərəbcəbirli kəndində baş verən yanğın söndürülüb

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500 kvadratmetr olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan mağazanın lambirdən ibarət tavanı və dam örtüyünün taxta atmaları 15 kvadratmetr sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Seçilən
1
11
hafta.az

10Mənbələr