
Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada məktəbə silahlı hücum olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, hücum edən doqquzuncu sinif şagirdi olub.
Onun pnevmatik tapança ilə müəllimə atəş açdığı bildirilib. Nəticədə müəllim yaralanıb.
Şagirdin saxlanıldığı bildirilib.