AZ

Şoyqu: Dünya nizamı kökündən dəyişir

BAKI, 3 fevral. TELEQRAF

“Qərb artıq maskaları çıxarıb, digər ölkələrin işlərinə müdaxilə üçün “məqbul bəhanələr” axtarmır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Myanma Prezidenti Min Aun Xlayn ilə görüşdə deyib.

“Yaxın vaxtlara qədər Qərb demokratik dəyərlər və beynəlxalq hüququn müdafiəsi şüarları arxasında gizlənirdi. Gördüyümüz kimi, indi maskalar çıxarılıb, artıq Qərbdə müdaxilə üçün “məqbul bəhanə” tapmaq üçün özlərini yormurlar”, - o bildirib.

Şoyqunun fikrincə, hələ də Qərbin müstəqil dövlətlərə münasibətdə siyasətinin mahiyyəti dəyişməyib:

“Hələ də cəmiyyətləri sosial mühəndislik alətləri ilə yenidən formatlamaq, hakimiyyətə qərbyönlü rejimlər gətirmək və təbii sərvətlərə maneəsiz çıxış əldə etmək cəhdləri davam edir”.

Rusiya rəsmisi beynəlxalq münasibətlərdə köklü dəyişikliklər baş verdiyini, Asiya-Sakit okean regionu, Avropa, Latın Amerikası və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin ardıcıl şəkildə pisləşdiyini qeyd edib:

“Ənənəvi olaraq Qlobal Cənub və Şərq ölkələrinin daxili işlərinə müdaxilə edən Qərb dövlətləri qaydalara əsaslanan nizamdan “güc yolu ilə sülh” konsepsiyasına keçidi elan ediblər”.

Seçilən
6
teleqraf.com

1Mənbələr