AZ

Tibb Universitetinin tələbələri xəstələrin videolarını çəkib ələ saldılar

Rusiyanın Kemerovo şəhərində Tibb Universitetinin tələbələri xəstələri ələ salmaqda ittiham olunurlar.

Publika.az xəbər verir ki, “VKontakte”dəki "Incidence" qrupunun məlumatına görə, onlar çarəsiz insanların videolarını çəkərək onları lağa qoymaq üçün internetdə paylaşıblar.

Qrupun abunəçilərindən biri tibbi etika və şəxsi məlumatların qorunması qanunlarını pozan paylaşımların dərc olunduğu çoxsaylı qapalı Telegram kanallarının mövcudluğunu aşkar edib.

Dərc olunmuş foto və videolara əsasən, gənc həkimlər xəstələri lağa qoyur, onların xarici görünüşünü qiymətləndirir və təhqiramiz şərhlər yazır. Onların davranışlarını və diaqnozlarını müzakirə etmək də peşəkar ləyaqət hüdudlarından kənara çıxır.

Daha sonra zorakılıqda ittiham olunan tələbələrdən biri, 20 yaşlı Arina K. bütün foto və videoları "yalnız terapevtik məqsədlər üçün" çəkdiyini və "haker hücumuna məruz qaldığı" üçün internetdə paylaşıldığını iddia edib.

Seçilən
13
publika.az

1Mənbələr