AZ

Meymunçiçəyi həmsərhəd ölkədə - Azərbaycanda yoluxma qeydə alınıb?

Xəbər verdiyimiz kimi, Moskvada meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb.

Rusiyada ilk dəfə aşkarlanan xəstə virusa ölkə daxilində yoluxub və hazırda Domodedovo xəstəxanasında izolyasiya olunub.

Azərbaycanla Rusiyanın həmsərhəd olduğunu nəzərə alsaq, meymunçiçəyinin ölkəmizdə də yayılma ehtimalı göndəmə gəlir.

Day.Az bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu göndərib.

Day.Az-ən sorğusuna cavab olaraq bildirilib ki,  2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.

Qeyd edilib ki, meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar mövcuddur. 

"Eyni zamanda tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur. Ümumilikdə, hazırda Azərbaycan üçün meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
13
3
day.az

7Mənbələr