AZ

Böyükşor gölündə köpüklənmənin altında dayanan problem (VİDEO)

Bu kadrlar iyun ayında qeydə alınıb. Bu görüntülər isə fevralda çəkilib. Göl köpüklənir…

 

Ətraf mühit problemləri üzrə ekspert Rövşən Abbasov bildirir ki, Böyükşor Abşeron yarmadasının tarixən ən çox çirklənmiş göllərindən biri olub.

 

Ekspert deyir ki, 2015-ci ildə Böyükşor gölünün böyük bərpa layihəsinə start verilib və bu çərçivədə gölün böyük bir hissəsi təmizlənib. Gecəqondular köçürülüb, bunula da gölə gələn üzvü çirkləndiricilərinin və sənaye tullantılarının mənbəyi kəsilib.

 

Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, Böyükşor ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından tullantı sularının bir qismi sözügedən gölə axıdılır.

 

O da bildirilib ki, Böyükşor gölünə tullantı suların axıdılması ilə bağlı 30 fakt üzrə təqsirkar şəxslər barədə inzibati xəta haqqında protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.//Xəzər TV

 

Seçilən
0
4
milliyol.az

5Mənbələr