AZ

Epşteyn qurbanlarını bu şəhərdə axtarırmış: Uçuş İstanbul və Moskva üzərindən olurmuş

Ceffri Epşteyn mütəmadi olaraq ukraynalı qadınlar arasında yeni qurbanlar axtarırnış. Onun qurbanları arasında Odessadan olan qadınlara xüsusilə çox rast gəlinib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş arxiv materiallarında bildirilir.

Xüsusilə, Epsteyn dəfələrlə köməkçisi Lesli Qrofdan Parisdə baş tutan görüşlər üçün ona "yoldaşlar" tapmasını xahiş edib.

Məsələn, 2018-ci ilin sentyabr ayında o, 20 yaşlı Odessa sakini Olqa Z. üçün, eləcə də adları açıqlanmayan digər qızlar üçün bilet sifariş edib.

Yazışmalarda pasport məlumatları, Moskva və ya İstanbul üzərindən uçuş marşrutları və qalma müddəti yer alır. Sosial mediadan fotoşəkillər və ekran görüntüləri tez-tez formalara əlavə olunurdu.

Seçilən
82
publika.az

1Mənbələr