AZ

Tramp Putindən bir həftə Ukraynaya hücum etməməyi xahiş edib

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə apardığı telefon danışığı zamanı ondan bir həftə ərzində Kiyevə və digər şəhərlərə atəş açmamağı xahiş etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə "Donald Trump na russkom" adlı Telegram kanalında məlumat verilib.

Ağ Evin rəhbəri qeyd edib ki, Putinlə söhbət zamanı Rusiyada güclü soyuq dalğasından danışıb və Ukraynada da hava şəraitinin son dərəcə çətin olduğunu vurğulayıb.

"Ukrayna çox soyuq ölkədir. Bizdən xeyli soyuqdur. Orta hesabla Kanada kimidir, hətta daha soyuq ola bilər. Üstəlik, hazırda onlarda son dərəcə güclü soyuq dalğası var", deyə Ağ Evin rəhbəri bildirib.

Bu səbəbdən o, Rusiya liderindən bir həftə ərzində Kiyevə və Ukraynanın digər şəhərlərinə atəş açmamağı və raket buraxmamağı xahiş etdiyini, Putinin isə guya bununla razılaşdığını deyib.

"Mən ondan bir həftə atəş açmamağı xahiş etdim - Kiyevə və ya hər hansı başqa şəhərə raket zərbələri endirilməsin - və o, razılaşdı. Ona görə də bu artıq nəsədir", deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin, Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında "böyük nifrət" olduğunu bir daha vurğulayıb və müharibənin gözləniləndən daha uzun sürdüyünü əlavə edib.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr