AZ

Məsud Pezeşkian təsdiqlədi: ABŞ ilə danışıqlara dair göstəriş verdim

"Xarici işlər nazirinə təhdidlərdən azad və əsassız gözləntilərdən uzaq, münasib bir atmosfer varsa, milli maraqlar çərçivəsində danışıqlar üçün zəmin hazırlamağı tapşırdım".

"Yeni Sabah" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" hesabında yazıb.

O əlavə edib ki, bu qərarı bölgədəki dost hökumətlərin ABŞ Prezidentinin danışıqlar təklifinə cavab vermə xahişini nəzərə alaraq qəbul edib.


Telegram kanalımız
Seçilən
7
yenisabah.az

1Mənbələr