AZ

Ötən il Almaniyadan evinə qayıdan qaçqınların sayı artıb

2025-ci ildə ümumilikdə 16.576 qaçqın Almaniya Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) köməyi ilə vətənlərinə və ya başqa ölkəyə getmək fürsətindən istifadə edib...

Poliqon xəbər verir ki, bu barədə Deutsche Welle yazıb.

Nəşr qeyd edib ki, Almaniya hökuməti uçuş xərclərini ödəyir və "başlanğıc paketi" təqdim edir - müvəqqəti sığınacaq almış şəxsin öz ölkəsinə və ya üçüncü ölkələrə qayıtması halında hər yetkin üçün 1000 avro və hər uşağa 500 avro.

Həmçinin, BAMF-in məlumatlarına görə, 2024-cü ildə 10,4 min sığınacaq axtaran şəxs Almaniyadan könüllü şəkildə getmək üçün maliyyə dəstəyindən istifadə edib, 2023-cü ildə isə 10,8 min nəfər. Əsasən qaçqınlar Suriya və Türkiyəyə qayıdıb.

Keçən il yanvarın 1-dən etibarən BAMF insanların Suriyaya könüllü şəkildə getməsi üçün maliyyələşdirməni bərpa edib. Nəşr qeyd edib ki, Almaniya əvvəllər ölkədəki vətəndaş müharibəsi səbəbindən proqramı dayandırmışdı.

Təqdim olunan məlumatlar göstərir ki, ötən ilin dekabr ayının sonuna qədər ümumilikdə 5976 nəfər Suriyanı tərk etmək üçün müvafiq ərizə təqdim edib və 3678 suriyalı artıq gedib.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr